İlham Əliyev Polşaya səfərə yollanıb

Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 28-də Polşaya işgüzar səfərə yollanıb.

Səfərdə məqsəd “Şərq tərəfdaşlığı” toplantısına qatılmaqdır.

APA-nın məlumatına görə, dövlət başçısını Beynəlxalq hava limanında baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.