Azəri neftinin ixracı azalacaq

Azəri neftinin ixracı noyabır və dekabır aylarında azalacaq. Buna səbəb «BP-Azerbaijan» şirkətinin Xəzər dənizi platformalarında profilaktik işlərə başlamasıdır. Başqa sözlə, oktyabrın 20-dən etibarən Xəzərdəki «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda bəzi platformaların işi dayandırılacaq.

«BP-Azerbaijan»ın sözçüsü Tamam Bayatlı belə deyib. Məlumatı Reuters yayıb.

Tamam Bayatlının dediyinə görə, işi dayandırılacaq üç platformada gündəlik istehsal azı 560 min barreldir.