Magistral qaz kəmərində partlayış olub

Sentyabrın 28-də saat 02.00 radələrində Mingəçevir şəhərinin «Nadir bağlar» sahəsində, Ağdaş-Mingəçevir magistral qaz kəmərinin paylayıсı məntəqəsində təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə bir neçə evin dam örtüklərinə və pəncərə şüşələrinə qismən ziyan dəyib, xəsarət alan olmayıb.