Rasim Qaraca
HARDASAN? CAVAB VER, SULIKO
Uşaqlıq çağlarımda, evimizdəki kitabların arasında Akaki Seretelinin bir hekayələr toplusu olduğunu və bu kitabı oxuduğumu xatırlayıram.
Buna görə də gürcü ədəbiyyatından, uzun illər boyu, tanıdığım tək yazar Akaki Sereteli olub.
Məşhur “Suliko” mahnısının sözlərinin Akaki Sereteliyə aid olduğunu isə təzəcə öyrənmişəm – (Sevgilimin məzarını axtarıram/Ürəyim kədərlə dolub/Sevgisiz yaşamaq əzablıdır/Hardasan? Cavab ver, Suliko).
Bu, mənim üçün tapıntı kimidir – lap çoxdan tanıdığım, hətta gürcücə əzbər bildiyim şeir və bu şeirin yazarı uzun illər xəyalımda biri-birindən xəbərsiz yol gələrək, bu
Müqəddəs David məzarlığını ziyarət edəndən sonra gürcülərin yüksək ideallarla yaşayan bir xalq olduğuna inanmağa başladım.
günlərdə, Tiflisdə, təsadüfə baxın, Akakinin məzarı başında nəhayət qovuşdular.
Tiflisdə, yüksək dağ yamacında Mama-Daviti adlanan bir kilsə var. Gürcü dilində Mtasminda adlanır, “müqəddəs dağ” deməkdir.
Görkəmli gürcü yazıçıları, artistləri, alimləri və ictimai xadimləri burada basdırılıb, bizdəki Fəxri Xiyaban kimi bir yerdir.
Cəmi 42 məzar var və bizdən fərqli olaraq təsadüfi məzarların nisbəti azdır. Məzarlıq David Ata kilsəsinin ətrafında yerləşir, 1929-cu ildən rəsmi olaraq fəaliyyət göstərir.
Burada dəfn olunan ilk insan rus yazıçısı Aleksandr Qriboyedov (1795-1829) olub, Tehranda qətlə yetirildikdən sonra cənazəsi Tiflisə gətirilib və burada torpağa tapşırılıb. Daha sonra arvadı Nino Çavçavadze (1812-1857) də burada dəfn edilib.
Gürcü Panteonunda dolaşaraq məzarların qarşısında bir anlıq ayaq saxlayır, gürcüstanlı yoldaşlar orada yatan şəxslər haqqında qısaca danışırlar.
Məsələn, Stalinin anası Yekaterina Qeladzenin (1858—1937) məzarının burada
olduğunu öyrənirəm. Maraqlı şəxsiyyətlərdən biri Evktime Takaişvilidir (1840-1953). 1920-ci ildə Gürcüstan respublikası ruslar tərəfindən ilhaq edildiyi ərəfədə, Evktime dövlət xəzinəsində olan bütün cəvahiratı xaricə qaçırır.
Mühacirətdə yaşadığı illər ərzində ac qaldığı günlər olur, ancaq gürcü xalqına aid olan bu sərvətdən bir altın belə xərcləmir.
Ömrünün sonlarında bu xəzinəni yenidən Gürcüstan dövlətinə qaytarır.
Son illərini ev dustağı kimi yaşayır. Evktimenin adı gənc gürcülər üçün qürur qaynağıdır.
Akakai Seretelinin məzarı kilsə bağçasının kənar bir guşəsindədir. Burada, dünyanı gəzsən, çox nadir rast gələcəyin bir mənzərə ilə qarşılaşıram.
Böyük gürcü şairi Akaki Seretelinin (1840-1915) məzarı yanında gənc bir qadın oturub, başını mərmərə söykəyərək xəyala dalıb.
Akaki Sereteli öz şeirlərində məzarı üstündə ağlayacaq qara paltarlı bir qadına ümid bəslədiyini yazıb – bunu sonradan öyrənirəm, - ancaq bu qara paltarlı qadın ölümündən az qala 100 il sonra da onun məzarı başındadır.
Məncə, bu qeyri-adi hadisədir. Romantik arzularla yaşayan bir şair üçün bundan böyük nə mükafat ola bilər?
Qadından izn alıb onun fotosunu çəkirəm. Artıq onu xəyaldan ayırmışam. Ayağa qalxıb getməyə hazırlaşır.
Onu söhbətə tuturam. Adı Şorenadır. İbtidai sinif müəllimidir. Akaki Sereteli onun ən çox sevdiyi şairdir.
Şorena həyatda əsl sevginin olduğuna inanır, “sevginin varlığına inanmaq lazımdır, o zaman o həqiqətən də gələcək...” deyir .
Müqəddəs David məzarlığını ziyarət edəndən sonra gürcülərin yüksək ideallarla yaşayan bir xalq olduğuna inanmağa başladım.
Sonrakı günlərdə Tiflis şəhəri və buradakı insanlar mənə çox poetik görünməyə başladılar.
Sanki şeiriyyətlə dolu bir aləmə düşmüşdüm. Rustaveli küçəsindəki Akakinin heykəli qarşısında durub düşünürəm:
“Eh, Akaki, axı mən də şairəm. Görəsən 100 ildən sonra mənim məzarım başında qara paltarlı bir qadın ağlayacaqmı? Bilirəm, ağlamayacaq.
Çünki mən şeiriyyətə inamını itirmiş bir xalqın şairiyəm.”
Həmçinin oxu
"“Qarabağa səyahət” romanından sonra gürcü ədəbiyyatında hər şey dəyişdi"