Fələstin prezidenti Mahmud Abbas vətənində alqışlarla qarşılanıb

BMT-ninn təhlükəsizlik şurasına Fələstinin müstəqilliyiylə bağlı rəsmi ərizə vermiş prezident Mahmud Abbas bazar günü vətənə dönərkən Ramallahda alqışlarla qarşılanıb.

Mahmud Abbas çamaat qarşısında çıxış edərkən bu hadisənin “Fələstin baharının başlanğıcı” olduğunu deyib.

Bazar ertəsi BMT-nin təhlükəsizlik şurasında Fələstinin ərizəsinə baxılacaq.