Moskvada Medvedev və Putinin istefası tələbilə aksiya keçirilir

Moskvanın mərkəzində hökumətin istefası tələbilə icazəli mitinq keçirilir.

İnterfaks agentliyinin “Həmrəylik” hərəkatına istinadla verdiyi məlumata görə aksiyada yüzlərlə adam iştirak edir.

Aksiyaçılar prezident Dimitri Medvedev və baş nazir Vladimir Putinin istefasını, habelə ədalətli parlament seçkiləri keçirilməsini tələb edirlər.