ABŞ-da 80 nümayişçi saxlanıb

ABŞ-da hökumətin maliyyə siyasətinə qarşı çıxan 80-nə yaxın nümayişçi saxlanıb.

Polislərin sözlərinə görə, onların əksəriyyəti nəqliyyatın hərəkətini dayandırdıqlarına , ictimai asaişi pozduqlarına və hüquq mühavizə orqanlarının əməkdaşlarına müqavimət göstərdiklərinə görə həbs olunublar.

Artıq ikinci həftədir ki, Nyu-Yorkda hökumətin maliyyə siyasətinə qarşı etiraz aksiyaları keçirilir.