Argentina növbəti dəfə İrana müraciət etdi

Argentina prezidenti Cristina Kirchner İranı çağırıb ki, 17 il bundan öncə Buenos-Ayresin mərkəzində yəhudi icmasına hücum edən terrorçuları onlara təslim etsin. Kirchner Nyu Yorkda BMT-nin Baş Assambleyasında çıxış edib.

Argentina 2003-cü ildən bu yana terrorçuların təslim olunması ilə bağlı İrana müraciət edir.

1994-cü il iyulun 18-də törədilmiş partlayış nəticəsində 85 nəfər ölmüşdü, 300 nəfərə yaxın insan isə yaralanmışdı. Argentina hökuməti İran hökumətini terrorda əli olmaqda ittiham edir. İstintaqın gəldiyi nəticəyə görə terroru “Hezbollah” qruplaşması törədib.