İlham Əliyev bolqarıstanlı naziri qəbul edib

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovu qəbul edib.

Görüşdə Azərbaycanla Bolqarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən energetika və turizm sektorunda əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanlar olduğu bildirilib.

Nazir Trayço Traykovun Azərbaycana səfərinin iqtisadi sahədə əlaqələrimin gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəmli olduğunu vurğulayıb.