Yeni lİviya rəhbərliyi Sabha şəhərinin əksər hissəsinin əl keçirildiyini deyir

Yeni Liviya rəhbərliyi Qaddafinin son dayaq məntəqələrindən olan Sabha şəhərinin əksər hissəsinin onların nəzarətində olduğunu deyir.

Əl-Cəzirə televiziyası müvəqqəti milli şuranın hərbi birləşmələrinə əlavə canlı qüvvə və həkimlərdən ibarət briqda göndərildiyini xəbər verir.

Həmçinin Qaddafi qüvvələrinin nəzarətində olan Sirt və Bani-Valid şəhərləri uğrunda ağır döyüşlər gedir.

Yaxın 10 gün ərzində yeni Liviya hökumətinin tərkibi açıqlanacaq.