S&P Italiyanın reytinqini aşağı salıb, Berluskoni narazıdır

Standard and Poor reytinq agentliyi İtaliyanın reytinqini A+ -dan A-ya salıb.
Bu, borc böhranı ilə mübarizə aparan avrozonada yeni geriləmədir.

Standard and Poor İtaliya iqtisadiyyatınının vəziyyətini mənfi qiymətləndirir və bildirir ki, gələcəkdə İtaliyanın reytinqini yenə aşağı salacaq.

Aşağı reytinq o deməkdir ki, İtaliya yeni borcları daha yüksək faizlə tapmalı olacaq.

İtaliyanın baş naziri Berluskoni reytinqin aşağı salınması ilə razı deyil. O deyir ki, bu qərar reallığı əks etdirmir.