Fikrət Əmirovun abidəsinin açılışı olub

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 19-da Bakıda Fikrət Əmirov küçəsində bəstəkarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib.

Müəllifi əməkdar rəssam Namiq Dadaşov olan tuncdan hazırlanmış abidənin hündürlüyü 3.6 metrdir. Abidənin ətrafında park salınıb, abadlıq işləri aparılıb.