İranda həbsdə olan 2 ABŞ vətəndaşı azad oluna bilər

Iraqın Tehrandakı səfiri Nazem Dabbagh bəyan edib ki, İranda həbsdə olan 2 amerikalı turist bazar ertəsi azad oluna bilərlər.

O Reutersə müsahibəsində bildirib ki, onlar İran prezidenti Mahmud Əhmədinejadın Nyu-Yorka səfərilə əlaqədar ola bilər.

Gələn həftə Nyu-Yorkda BMT-nin baş Assambleyasının sesiyası başlanır.

28 yaşlı Şeyn Bauerlə (Shane Bauer) 29 yaşlı Coş Fettal (Josh Fattal) avqustda 8 il həbs cəzasına məhkum ediliblər.

Onlar casusluq və 2009-cu ildə qanunsuz olaraq İraqdan İrana keçməkdə ittiham olunurlar.