Daha bir Əl-Qaidə liderinin öldürüldüyü deyilir

Məlumatlara görə, Əl-Qaidənin Pakistandakı liderlərindən biri Abu Hafs al-Shahri öldürülüb.

ABŞ-ın adının açıqlanmasını istəməyən rəsmisi bildirib ki, Pakistanın Vəziristan regionuna pilotsuz təyyarədən mərmi zərbələri yağdırılıb. Nəticədə  Abu Hafs al-Shahri öldürülb.

Başqa təfsilatı məlumat verilməyib.

Paksitan rəsmiləri məlumatı təsdiqləmədiklərini bildiriblər.

Bundan əvvəl Əl-Qaidənin iki aparıcı şəxsi öldürülmüşdü.