Rusiyadakı"Doğru iş"partiyasının sədri istefa vermədiyini deyir

Rusiyadakı “Doğru iş” partiyasının sədri Mixail Proxorov partiyanın sədrliyindən istefa verməsiylə bağlı yayılmış məlumatı təkzib edib.

O Moskvada keçirdiyi brifinqdə deyib ki, prezident administrasiyası partiya üzvlərinə təzyiqləri artırmaqla partiyanı öz nəzarətinə keçirmək istəyir.