Fransada nüvə zavodunda partlayış baş verib

Fransanın cənubunda nüvə tullantılarının saxlandığı zavodda partlayış baş verib. 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.

ASN - Nüvə Təhlükəsizliyi Agentliyi bildirib ki, radiasiya təhlükəsi yoxdur.

Hadisənin baş verdiyi Marcoule zavodu Avignon turist şəhəri yaxınlığında yerləşir. Zavodda heç bir nüvə reaktoru yoxdur.