Azərbaycan Ordusunun əsgəri ölüb

Müdafiə Nazirliyinin Yevlax rayonundakı N saylı hərbi hissəsində xidmət edən 1988-ci il təvəllüdlü Pərviz Abbasov hospitalda pnevmoniyadan vəfat edib.

Abbasov 2010-cu ilin aprelində Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən «Trend»ə məlumatı təsdiq ediblər.