Matthew Bryza: «Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ dövləti üçün prioritet olaraq qalır»

Azerbaijan. Baku. American's National day of service in Baku

Bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Matthew Bryza (Metyu Brayza)

Sentyarın 11-də Ceyranbatan qəsəbəsində ABŞ-da baş verən terror hadisələrinin 10-cu ildönümü ilə bağlı Amerika könülllərinin keçirdiyi milli xidmət günündə deyib.

Səfir bildirib ki, o münaqişənin ədalətli və sülh yolu ilə həllini istiqamətində ATƏT-in Minsk Qrupunun vasitəçilik etdiyi danışıqlarda irəlləyiş görürür.

Matthew Bryza bildirib ki, 2001-ci il hadisələrindən sonra 11 sentyabrın milli xidmət günü kimi qeyd edilməsi terror qurbanlarının yad edilməsinə imkan yaradır.

Könüllülər Ceyranbatan qəsəbəsində məskunlaşan Dağlıq Qarabağdan olan məcburi köçkünlərə paltar, kitab ianələri paylayıblar. Bəzi xidmət qurumlarına mebel dəstləri verilib. Bundan başqa könüllülər yerli sakinlərlə birgə bəzi yerlərdə təmir və təmizlik işləri aparıblar.

2001-ci ildən başlayaraq amerikalılar 11 sentyabrı Milli Xidmət günü kimi qeyd edirlər.