Marseldə dünyadakı iqtisadi vəziyyət müzakirə olunur

İqtisadi cəhətdən inkişaf etmiş 8 ölkənin maliyyə nazirləri Marseldə dünya iqtisadiyyatının inkişafı yollarını müzakirə edirlər.

Görüşdə əsasən son zamanlar avro zonasına daxil olan bir sıra ölkələrdə və ABŞ-ın əmək birjasında vəziyyətin pisləşməsi müzakirə olunur.

Bir sıra ərəb ölkələrinə yenidən maliyyə yardımı edilməsinin mümkünlüyünə də baxılacaq.