Zanzibarda bərənin batması nəticəsində azl 163 adam ölüb

Son məlumata görə Zanzibarda sərnişin bərəsinin batması nəticəsində azı 163 adam ölüb.

Yerli hakimiyyət 325 nəfərin xilas edildiyini deyir.

100-dən çox adam isə itkin düşmüş hesab olunur.

Unquca adasından Pemba adasına gedən bərə Tanzaniyaya məxsusdur.