Zanzibarda içərisində 500-dək adam olan bərə batıb

Ötən gecə Zanzibarda göyərtəsində 500-dək adam olan sərnişin bərəsi batıb.

Polis 260-a yaxın adamın xilas edildiyini deyir.

Qalanlar itkin düşmüş hesab olunur.

Onların əksəriyyətinin öldüyü ehtimal olunur.

Zanzibarın Unquca adasından Pemba adasına gedən bərə Tanzaniyaya məxsusdur.