Fələstinlilər dinc aksiyalara başlayıb

Fələstinlilər Fələstin muxtariyyətinin BMT-nin tam hüquqlu üzvü olması kampaniyası çərçivəsində dinc aksiyalara başlayıblar.

100-ə yaxın fələstinli məmur cümə axşamı BMT-nin Ramallahdakı qərargahının ətrafında aksiya keçirib, onların təşkilatın baş katibi Ban Ki Moona məktubu oxunub.

Fələstin rəhbərliyi sentyabrın ikinci yarısında BMT-nin baş assambleyasının sesiyasında Müstəqil Fələstin dövlətinin tanınması və BMT-nin bərabər hüquqlu üzv olmasıyla bağlı rəsmi məsələ qaldırmağı planlaşdırır.

İsrail buna qarşı çıxır.