Bayılda sürüşmə davam edir

Bayıl. Arxiv foto

“Bayıl yamacının bəzi yerlərində sürüşmə çatlarının qalınlığı 62-68, bəzi yerlərdə isə 50-60 metrə çatır və sürüşmə cənub və cənub-şərqə tərəf hərəkət edir”.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

O sürüşmə zonasındakı süxurlarda dəyişiklik olduğunu deyir.

Mərkəz direktoru aparılan tədqiqatlar barədə Nazirlər Kabinetinə məlumat veriləcəyini və sürüşmənin qarşısını almaq üçün təkliflər hazırlanacağını bildirib.