Medvedev təyyarə qəzası yerinə baş çəkəcək

Bu gün Rusiya prezidenti Dmitri Medvedev Yaroslavl şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası yerinə baş çəkəcək.

Dünən Yak-42 təyyarəsində baş vermiş qəza nəticəsində 43 adam həlak olub. Onlardan 37 nəfəri Lokomotiv (Yaroslavl) hokkey komandasının üzvü idi.

Prezident Medvedev Yaroslavlda qəzanın səbəblərini araşdıran komissiyanın iclasında iştirak edəcək.