Heydər Əliyev Beynəlxalq Aeroportu rekonstruksiya edilir

«Azərbaycan Hava Yolları» QSC Heydər Əliyev Beynəlxalq Aeroportunun rekonstruksiyası və modernləşdirilməsi üzrə işləri 2012-ci il mayın ortalarında başa çatdıracaq.

Bu barədə QSC rəhbərinin müavini Sabir İlyasov bildirib.

«Bakı aeroportunun rekonstruksiyası üzrə işlərə artıq başlanılıb. Onlar «Eurovision» mahnı müsabiqəsinin keçiriləcəyi vaxtadək başa çatacaq», - İlyasov qeyd edib.

Heydər Əliyev Beynəlxalq Hava Limanı Bakıdan 20 kilometr şimal-şərqdə yerləşir. /Trend/