İsveç polisi ərəb dili öyrənir

Onlar miqrantlarla daha yaxşı anlaşmaq istəyirlər

İsveçin Malmö şəhərinin bir rayonunda işləyən polislərə ərəb dili kurslarını keçmək təklif olunub. Səbəb həmin rayonda ərəbdilli miqrantlarının daha çox məskunlaşmasıdır.

İsveçli polislər adətən ərəb miqrantları ilə dil tapmaqda çətinlik çəkirlər. Yerli polis şöbəsinin rəhbəri Pozenqord Benqt Xersler deyir ki, kursların təşkilində məqsəd ərəb immiqrantlarla daha hörmətlə və nisbətən qeyri-rəsmi söhbət aparmaqdan gedir.

Artıq 45 nəfər polis zabiti könüllü olaraq ərəb dili kurslarına yazılıb. Onlara ərəb dilində ən çox işlənən kəlmələri, cümlələri öyrədəcəklər.

Dil bilikləri ilə yanaşı, polislərə həmçinin müsəlman mədəniyyəti, adət-ənənələri barədə də məlumat veriləcək. Bu da polislərə mədəniyyətlərarası fərqləri öyrənməyə, anlaşılmazlıqlardan qaçmağa yardımçı olacaq.