İranda 4 nəfəri asıblar

Foto: Arxiv

İranda narkotik maddə satmaqda ittiham olunan 4 nəfəri asıblar.

Məlumatı İranın «Şərq» qəzeti yayıb.

Hadisə Kerman şəhərindəki həbsxanada baş verib.

«France Presse» xəbər verir ki, bu ilin əvvəlindən İranda 184 nəfər haqqında edam hökmü çıxarılıb.

Ötən il isə 179 adam edam olunmuşdu.

Hüquq müdafiəçiləri isə deyir ki, bu rəqəm daha çoxdur.

İran qanunvericiliyinə əsasən, qətl, zorlama, ailə xəyanəti, silahlı qarət və narkotik alverində ittiham olunanları edam edirlər.