İranda Əhmədinejadı tənqid edən nəşrlər bağlanıb

«Shahrvand-e Emrouz» xəbərlər jurnalı

İranda prezident Mahmud Əhmədinejadı (Mahmoud Ahmadinejad) tənqid edən yazılar yayan iki nəşrin fəaliyyəti dayandırılıb.

Həftəlik «Shahrvand-e Emrouz» xəbərlər jurnalı media qanununu pozduğu üçün bağlanıb.

Gündəlik «Rouzegar»ın isə təbliğatla məşğul olduğu üçün müvəqqəti bağlandığı bildirilir.

Hər iki nəşrin fəaliyyəti əvvəl də dayandırılmışdı. Bu nəşrlər islahatları dəstəkləyir.