Tehran sanksiyaların ləğvi əvəzində nüvə proqramına çıxış təklif edir

Tehran ona qarşı tətbiq edilmiş sanksiyaların ləğvi əvəzində Beynəlxalq Atom Enerjisi
Agentliyinin 5 il ərzində onun nüvə proqramına çıxışına imkan yaradılmasını təklif edib.

Belə bir bəyanatla bazar ertəsi İranın nüvə enerjisi naziri Firudin Abbasi çıxış edib.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Catherine Ashtonun sözçüsü
Michael Mann isə deyib ki, sanksiyaların ləğvi İranla beynəlxalq aləm arasında etibarın bərpasından sonra mümkündür.

İran nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

Qərb isə hesab edir ki, o gizlicə nüvə silahı üzərində işləyir.