İraqda 35 məhbus həbsxanadan qaçıb

İraqın şimalındakı Mosul şəhərində 35 məhbus həbsxanadan qaçıb.

Amma onlardan 21-i az sonra yaxalanıb.

Şəhərdə komendant saatı tətbiq edilib.

Onların hamısı terrorçuluqda itiham olunurlar.

Yerli hakimiyyətin məlumatına görə, qaçış vaxtı toqquşma və ya elə bir insident baş
verməyib.