Pakistanda ölənlərin sayı 10-a çatıb

Pakistanda minalanmış avtomobilin partlaması nəticəsində ölənlərin sayı 10-a çatıb. 17 nəfər yaralanıb.

Polisin məlumatına görə, partlayış Kvetta şəhərində, məscidin qarşısında olub.

Terror aktına görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.