Pakistanda partlayış olub, 5 nəfər ölüb

Pakistanın cənub-qərbində minalanmış avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb, azı 15 nəfər yaralanıb.

Polisin məlumatına görə, partlayış Kvetta şəhərində, məscidin qarşısında olub.

Terror aktına görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.