Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının iclası nə vaxt keçiriləcək?

İlham Əliyev və Abdullah Gül

Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının bu ilin oktyabr-noyabr aylarında keçirilməsi planlaşdırılır.

Bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

«Şuranın iclası ya oktyabr, ya da noyabr ayında keçiriləcək», - Kılıç deyib.

«Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə»ni prezidentlər İlham ƏliyevAbdullah Gül 2010-cu il avqustun 16-da İstanbulda imzalayıblar.

Səfir deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkə arasında hərbi sahədə əməkdaşlıq ilbəil dərinləşir. /Trend/