Irene qasırğasında ölənlərin sayı azı 32-dir

ABŞ-da İrene qasırğasında 9 ştatda azı 32 adam ölüb.
Ölümlərin çoxu ağacların yıxılmasından, yol qəzalarından və seldən olub.

ABŞ-da milyonlarla adam hələ də işıqsızdır.

Rəsmilər yaxın günlərdə güclü yağışlar yağacağı barədə xəbərdarlıq edirlər.