HRW: "Khamis Qaddafinin əsgərləri 150 dustağı edam ediblər"

Human Rights Watch bildirib ki, Muammar Qaddafinin oğullarından birinin – Khamis Qaddafinin əsgərləri avqustun 23-də 150 dustağı edam ediblər.
Təşkilat bu məlumatı sağ qalan dustaqların birindən alıb.

HRW bildirir ki, Tripolidə anbar həbsxana kimi istifadə olunurdu, sonra isə orda yanğın olub. Yanğının səbəbi məlum deyil.