Yaponiyada maliyyə naziri Noda yeni baş nazir olmalıdır

Yaponiyanın maliyyə naziri Yoshihiko Noda hakim Demokratik partiyanın lideri seçildi və bununla da növbəti baş nazir olacaq.

Noda səsvermədə ticarət və sənaye naziri Kaiedaya qalib gəlib.
Parlament Nodanı avqustun 30-da yeni baş nazir seçməlidir.

54 yaşlı Noda dövlət xərclərində mühafizəkar kimi tanınıb.