Həftənin fotoları: 20-26 avqust
Belorusun paytaxtı Minskdə ət üçün növbəyə duran insanlar. 26 avqust.
Suriya paytaxtı Dəməşqdə cümə namazı. Foto: Joseph Eid-AFP.
Avqustun 24-də Lvovda keçirilən müstəqillik şənliklərində iştirak edən balaca oğlan.
Liviya müxalifətinin mənzilləndiyi Benghazidə bu oğlan Muammar Qaddafi və oğlu Saif al-İslamın asılmasını əks etdirən karikatura numayiş etdirir.
Liviya paytaxtı Tripoliyə hücum edən üsyançı əsasən xarici jurnalistlərin qaldıqları qaldıqları Corinthia otelinin qarşısını sığınacaq kimi istifadə edir.
Liviya üsyançılarından biri Muammar Qaddafinin qərargahının alınmasından dərhal sonra sevincini güllə darağını öpməklə ifadə edir. Foto: Patrick Baz - AFP.
Avqustun 26-da ABŞ əsgərləri Əfqanıstanda mövqelərdən birinə dırmanırlar. Foto: Nikola Solic - Reuters.
Liviyada üsyançı döyüşçülərdən biri paytaxt Tripolinin alınmasından sonra qapıları açılan Abu Salim həbsxanasında. 26 avqust. Foto: Sergey Ponomarev-AP.
Kiyevdə Ukraynanın dövlət müstəqilliyinin 20 illiyi münsaibətilə keçirilən nümayişdə polis kadronu yarılır. 24 avqust. Foto: Gleb Garanich-Reuters.
Pakistanın təhlükəsizlik xidməti əməkdaşları avqustun 25-də bu ölkənin sərhədlərindən 2 kilometr içərisində qəzaya uğramış ABŞ-ın müşahidə təyyarəsinin qalıqlarını nəzərdən keçirirlər. Foto: Asghar Achakzai-AFP.
ABŞ-ın vitse-prezidenti Joe Biden Monqolustana səfəri zamanı ox atmaq bacarığını da yoxlayır. 22 avqust. Foto: Andy Wong-AP.