Obama amerikalılara qasırğa ilə bağlı müraciət etdi

ABŞ prezidenti Barak Obama amerikalılara müraciət edərək ölkənin - İrene qasırğasının istiqamətləndiyi şərq sahillərini tərk etməyə, evakuasiya qaydalarına əməl etməyə çağırıb.

“Əgər sizə evakuasiya ilə bağlı xəbərdarlıq edilibsə, buna əməl etməyinizi xahiş edirəm”.

Qasırğanın ABŞ-a milyardlarla dollar ziyan vuracağı gözlənilir.