Nigeriyada partlayış olub

Nigeriyanın paytaxtı Abujada BMT nümayəndəliyinin yerləşdiyi ərazidə partlayış olub.

Polis hələ partlayışın BMT nümayəndəliyi binasında, yoxsa yaxınlığında olmasını müəyyənləşdirməyib.

Ölənlər və yaralananlar haqqında məlumat yoxdur.