Azərbaycanla Türkiyə arasında qaz danışıqları sentyabrda başa çatacaq

Foto: Arxiv

Azərbaycanla Türkiyə arasında qaz alqı-satqısına dair danışıqlar davam edir və sentyabrda başa çatacaq.

Bunu «APA»ya Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç deyib.

Danışıqlar Türkiyədə aparılır. Səfir deyib ki, konkret hansı qiymət üzrə danışıqlar aparılmasından xəbərsizdir:

«Müzakirələr davam edir və gələn ay başa çatacaq. İki qardaş ölkə arasında heç bir problem ola bilməz».