Milli Keçid Şurası Bengazidən Tripoliyə köçür

Liviya Milli Keçid Şurası Bengazidən paytaxt Tripoliyə köçür. Bu bəyanatla avqustun 25-də şuranın sədr müavini Ali Tarhuni çıxış edib.

Liviya üzrə Əlaqə Qrupuna daxil olan 28 ölkə və beynəlxalq təşkilat dünən İstanbulda keçirdiyi görüşündə Liviyanın yeni hökumətinə maliyyə yardımı göstərəcəyini bildirib.