Liviyanın Milli Keçid Şurasını artıq 40 ölkə qanuni hakimiyyət kimi tanıyıb

Liviyanın Milli Keçid Şurasını Liviyanın qanuni hakimiyyəti kimi artıq 40 ölkə tanıyıb.
Bunlar arasında Qərbin bütün əsas dövlətləri- ABŞ, Fransa, İtaliya və başqaları var.
Türkiyə də tanıyanlar arasındadır.

Çin və Rusiya isə Milli Keçid Şurasını qanuni hakimiyyət kimi hələ tanımayıb.
Reutersin siyahısında tanıyan ölkələr arasında Azərbaycanın da adı yoxdur.