Qazaxıstanla Cənubi Koreya 11 milyard dollarlıq müqavilələr imzalamalıdır

Qazaxıstana səfərə gələn Cənubi Koreya prezidenti Lee Myung-bak Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə ümumi məbləği  11 milyard dollara çatan  müqavilələr imzalamalıdır.

Cənubi Koreya şirkətləri bu müqavilələrlə Balxaş gölü yaxınlığında istilik elektrik enerjisi zavodu və Qazaxıstanın qərbində kimya kompleksi tikməlidirlər.
Koreya şirkətləri Samsung və Korea Electric Power Corporation tenderləri 2009-cu ildə udublar.