Suriyada karikaturaçı rəssam döyülüb

Suriyada müxalif karikaturaçı rəssam Ali Farzat möhkəm döyülüb.

Hüquq müdafiəçisi Omar İdlibinin verdiyi məlumata görə, Ali Farzatı bu gün səhər Dəməşqdə əsgərlər döyüb.

Əsgərlər onu maşından çıxarıb döyəndən sonra yol kənarına atıblar. Rəssamı xəstəxanaya təsadüfən yoldan keçən adamlar aparıb.