Pakistanda qaçırılmış amerikalı mütəxəssis tapılıb

Pakistanın Pəncab əyalətində iki həftə əvvəl qaçırılmış amerikalı mütəxəssis Uoren Ueynsteyn diri tapılıb.

Lahor şəhərinin prokuroru bildirib ki, o bu gün səhər Huşab şəhərində keçirilən xüsusi əməliyyatın gedişi zamanı tapılıb.

70 yaşlı Ueynsteyn J.E.Austin Associate firmasının Pakistandakı nümayəndəliyinin direktorudur. O biznes iqtisadiyyatı ilə bağlı dövlət sektoruna məsləhət xidməti göstərir.