Goranboyda sel 296 məcburi köçkün ailəsinin evinə ziyan vurub

Bu barədə rayon Fövqəladə Hallar Komissiyasının sədri Baxış Abdullayev məlumat verib.

Avqustun 21-də Goranboy rayonuna yağan leysan Abbasqulular kəndində 6 ev və 2 körpüyə, Rəhimli kəndində 28 evə, Veyisli kəndində 33 evə, eləcə də kəlbəcərli məcburi köçkünləri üçün salınan yeni qəsəbədə 296 evə ciddi ziyan vurub.

Əkin sahələrini su basıb.

Hazırda dəymiş ziyan müəyyənləşdirilir.