Sabirabadda su təminatının yaxşılaşdırılması üçün 960 min manat ayrıldı

Prezident Sabirabad rayonunun içməli su təminatının yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncama görə, Sabirabad rayonunun 8 min nəfər əhalisinin yaşadığı Şıx Salahlı, Bulaqlı, Qaratuğay, Xankeçən, Poladtuğay yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 960 min manat məbləğində vəsait ayrılır.