ABŞ-da zəlzələ həyəcanı

ABŞ-ın şərq sahili boyunca zəlzələ olub. Axşam saatlarında baş verən güclü yeraltı təkanlardan sonra Vaşinqtonda Ağ ev, Kapotoli və Pentaqon binalarından adamlar çıxardılıb.

5,9 bal gücündə olan zəlzələnin mərkəziini Virciniya ştatının Riçmond şəhəri yaxınlığında qeydə alındığı xəbər verilir. Lakin NyuYork, Filadelfiya və digər böyük şəhərlədə də təkanlar hiss olunub.

ABŞ-ın şərqində qeydə alınan ən güclü zəlzələ olduğu bildirilən təkanlar bəzi binaların zədələnməsinə gətirib. Dağıntı və tələfat haqda ilkin məlumatlarda xəbər verilmir.

AzadlıqRadiosu vəziyyəti yaxından izləyir. Məlumatlar daxil olduqca, bu yazı yenilənəcək. Bizi izləyin.

ABŞ-dasan və zəlzələ haqda məlumatın varsa bizimlə əlaqə saxla