Dominique Strauss-Kahna qarşı ittiham geri götürülüb

Nyu-York məhkəməsi Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Dominique Strauss-Kahnın üzərindən ittihamı götürüb.

O hoteldə çalışan xadiməni zorlamağa cəhddə ittiham olunurdu.

Buna səbəb zərərçəkənin verdiyi ifadələrin şübhə doğurması olub.

Strauss-Kahn bu qalmaqala görə, vəzifəsindən istefa verməli və 2012-ci ildə Fransada keçiriləcək prezident seçkisində mübarizə aparmaqdan imtina etməli olub.