Monqolustan demokratiya sahəsində uğur qazanıb

ABŞ-ın vitse-prezidenti Joe Biden Monqolustanı “demokratiyanın inkişafında yaxşı nümunə adlandırıb”.

Biden Monqolustanın paytaxtı Ulan Batora dörd günlük Çin səfərindən sonra gəlib. Monqolustan rəhbərliyi ilə görüşündə ABŞ-ın vitse-prezidenti deyib ki, ölkə son 20 ildə demokratiya quruculuğunda böyük uğur qazanıb.

Danışıqlar həm də iqtisadi əməkdaşlıq, əsasən energetika sahəsi ilə bağlı olub.

Monqolustandan sonra Joe Biden Yaponiyaya gedəcək.